Abazyan təcili Qarabağa gəldi – Xankəndidə nə baş verir?

0
19

Ermənistan hakimiyyəti ilə Xankəndidəki separatçılar arasında müəmmalı proseslər baş verir.

Medonline.az xəbər verir ki, bu barədə “hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, Paşinyanın parlamentdə çıxışı zamanı “statusu” arxa plana keçirməsi, Azərbaycanla sülh sazişinin imzalamağın vacibliyi haqda çıxışından sonra Araik Arutyunyan “təslim olmayacaqları” iddiası ilə çıxış etdi.

“Bunun fonunda Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun deputatlarının Qarabağa buraxılmaması da suallar yaradır”, – nəşr qeyd edir.

Ən maraqlı məqam isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın tələsik Qarabağa gəlişidir.

“Müxalifətçilər yolda onun Qarabağa getdiyini görüblər. Səbəb dəqiq bilinmir. Mümkündür ki, Paşinyan Abazyanı Qarabağdakı vəziyyəti yerində öyrənmək üçün göndərib. Belə versiyalar da var ki, Abazyan sülhməramlıların komandanlığı ilə görüş keçirib”, – nəşr qeyd edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code