Həftədə iki porsiya avokado ürəyi və damarları qoruyacaq – ARAŞDIRMA

0
25
Avokado daha dəbdə olan məhsul deyil, çünki alimlər onun istifadəsinin orqanizm üçün çoxlu faydalı xüsusiyyətlərini aşkar edib.
 
Sübut edilib ki, qida rasionunda bu meyvənin olması çəkini normallaşdırır, xolesterinin miqdarını aşağı salır və bir sıra təhlükəli xəstəliklərindən xilas olmağa kömək edir.
 
Yeni tədqiqat göstərib ki, həftədə iki və ya daha çox avokado porsiyasından istifadə edilməsi ürək-damar xəstəliklərinin riskini azaldır.
 
Medonline.az xəbər verir ki, bu barədə “Journal of the American Heart Assosiation” jurnalında dərc edilən məqalədə deyilir.
 
ABŞ- ın Harvard universitetinin alimləri 30- 55 yaş arasında olan 68 780 qadının və 40-75 yaş arasında olan 41 700 kişinin qida vərdişlərini öyrənib. Sınaqdan keçirilənlərin qida rasionu hər dörd ildən bir 30 il ərzində yoxlanılıb.
 
Bu müddət ərzində tədqiqat iştirakçilarında 9185 ürək tutmaları və 5290 insult halları baş verib.
 
Nəticədə faydalı yağların istifadəsi ilə ürəyin vəziyyəti arasında əlaqəni aşkar etmək mümkün olub.
 
Məsələn, tədqiqat iştirakçılarından müntəzəm olaraq avokado istifadə edənlərdə bu meyvədən ümumiyyətlə istifadə etməyənlərə nisbətən ürək- damar xəstəlikləri riski 16 faiz, ürəyin işemik xəstəliyi riski isə 21 faiz aşağı olub. Bundan başqa, marqarinin, kərə yağının, yumurtanın, yuqurtun, pendirin və ya işlənmiş ətin porsiyasının yarısının avokado ilə əvəzlənməsi ürək xəstəlikləri riskini 16- 22 faiz azaldıb.
 
Tədqiqat iştirakçıları izah edib ki, bir porsiya avokadonun yarısı və ya çəkisi təxminən 80 qram olan yarım stəkan avokado ləti deməkdir.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, ürək-damar xəstəlikləri dünyada ölümün əsas səbəbi sayılır və hər il 18 milyon insanın həyatına son qoyur. Təkcə ABŞ- da hər 36 saniyədə bir ölüm hadisəsi baş verir.
 
Avokadonun tərkibində qida lifləri, əsas vitamin və minerallar, o cümlədən C, E, K vitaminləri və maqnezium, həmçinin bu meyvə monodoymuş faydalı yağların mənbəyidir.
 
Məhz onlar, həmçinin selüloza ürəyi qorumağa, “yaxşı” xolesterinin miqdarını normada, “pis” xolesterinin miqdarını isə azaltmağa kömək edir.
 
Avokado həmçinin bitki məhsullarında olan birləşmələrlə zəngindir. Öz quruluşuna görə fitosterollar xolesterinə oxşayır, ona görə də nazik bağırsaqda onun sorulmasına mane olur, bununla da xolesterin lövhələrinin əmələ gəlməsinin qarşısını alır.
 
Beləliklə, avokado həqiqətən ürək- damar sisteminin sağlamlığının qorunmasına kömək edir.
 
Alimlər avokadonun istifadəsi ilə insultun arasında əlaqəni müəyyən edib. Həmçinin qida rasionunda avokadonun faydalı yağlarla, o cümlədən zeytun yağı ilə, qozla və digər bitki yağları ilə əvəzlənməsi ürəyin sağlamlığında əlavə üstünlüyə gətirib çıxarmayıb.
 
Ürəyin epidemiologiyası və profilaktikası üzrə Amerika assosiasiyası şurasının sədri doktor Şeril Anderson əlavə edib ki, heç bir məhsul sağlam qidalanma problemlərinin mütləq həlli olmasa da, avokado sağlamlıq üçün bütün mümkün üstünlüklərə malikdir.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code