Rusiyanın bu planı özünə zərbə vura bilər: Azərbaycan qazı…

0
20

Rusiya Avropa İttifaqının sanksiyalarına qarşılıq və öz valyutasını ticarətdə ehtiyata çevirmək üçün təbii qazı “dost olmayan ölkələrə” yalnız rublla satacağını açıqlayıb. Rusiya təbii qazı rublla satmaq şərtində israrlıdır. Əvvəlcə Litva, Latviya və Estoniya gələn aydan etibarən Rusiyadan təbii qaz almağı dayandıracaqlarını açıqlayıblar. Digər Avropa ölkələrinin sanksiyalardan kənarlaşdırdığı ödənişləri “Qazprombank” vasitəsilə həyata keçirmək planı diqqət çəkir. Şərtləri qəbul edən ölkələri çətin vəziyyətə salan Rusiyanın bu planı uzunmüddətli perspektivdə özünə ziyan vura bilər.

Əgər başqa ölkələr də bu yolla getsələr, enerji ticarətində “dollar” dominantlığına xələl gətirəcək bu addım idxalın dayanacağı təqdirdə Rusiyanın özünə də zərbə vura bilər. Litva dost olmayan ölkələrin təbii qaz alıcı şirkətlərinə aprelin 1-dən etibarən 15 gün vaxt verən Rusiyanın tələbini yerinə yetirməyəcəyini açıqlayan ilk Avropa ölkəsidir. Beləliklə, Litva Rusiyadan qaz idxalını tamamilə dayandırıb.

Rusiya Avropaya ildə 155 milyard kubmetr qaz ixrac edir

Rusiyanın rəsmi şəkildə təbii qazı qeyri-dost alıcı ölkələrə rublla satmaq şərtini bəyan etməsi Avropanı sanksiyalarla bağlı çıxılmaz vəziyyətə salıb. ABŞ və Böyük Britaniyadan fərqli olaraq, Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyəti təbii qaz baxımından Rusiyadan daha çox asılıdır. Avropa ölkələri təbii qazın 45 faizini Rusiyadan alırlar. Avropanın ən böyük iqtisadiyyata malik ölkəsi olan Almaniyanın istifadə etdiyi təbii qazın 54 faizi məhz Rusiyadan gəlir. Finlandiya, Estoniya, Şimali Makedoniya və Bolqarıstan kimi ölkələr üçün bu nisbət 100 faizə çatır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code