Klubdakı partlayışda yaralanan modeldən ŞOK SÖZLƏR: Ora sahur üçün getmişdim…

0
25

“Bütün şəkillərimizin paylaşıldığı yerlərdə özlərinə yüzə yaxın saxta səhifələr açanlar şərh yazırlar. Onlar sırf şərh yazmaq üçün yaradılan saxta səhifələrdir. Ağızlarına gələn murdar ifadələr işlədirlər, öz ardlarıyca iyrənc kütlə yığırlar. Yəni əslində bunu yazan iki-üç adamdır”.

Medonline.az xəbər verir ki, bu sözləri “Location” klubdakı partlayış nəticəsində yaralanan model Təranə Rzayeva instaqramda yazıb.

O, ünvanına yazılan tənqidlərə cavab verib:

“Mənə yüzlərlə xanımdan və bəydən dəstək mesajı gəlir. Əylənmişəm, demişəm, gülmüşəm… Kimə pislik etmişəm? Nəyisə edəndə kimdənsə icazə almayacağam ki… Yanan da mən oldum, siz deyil, kəfəni cıran da… Hər kəs deyir, anam namaz üstə olub. Mən deyirəm, qızım namaz üstə olub. Çünki orucluq girən günü ilk dəfə namaz qılmağa başlayıb, ilk orucunu tutub. O saatda klubda olmasaydım da, sahur üçün başqa restoranda olacaqdım. Hər orucluqda olduğu kimi. İçki də içməmişəm. Məni tanıyan bilir ki, içkiyə meyilli biri deyiləm, xoşlamıram”.

Məlumat üçün bildirək ki, Təranə Rzayeva dünən paylaşdığı videoda yaxşılaşmağa doğru getdiyini, üzünə heç nə olmadığını, lakin bütün saçlarının yandığını bildirmişdi. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code