Solovyovun İtaliyadakı villasına od vurdular

0
187

İtaliyada rusiyalı teleaparıcı Vladimir Solovyovun villasını yandırmağa cəhd ediblər. AzVision.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Bildirilir ki, çərşənbə günü səhər saatlarında naməlum şəxslər İtaliyanın Komo şəhərində Vladimir Solovyova məxsus villaya ziyan vurublar.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Yanğın törədənlərin təkərlərdən istifadə etdiyi qeyd edilir. Nəşrin məlumatına görə, Komoda Solovyova məxsus başqa bir evə də hücum olub. Mənzilə daxil olanlar mülkə zərər vurublar, onlar divarlarda xüsusi qeydlər yazıblar.

Məqalədə qeyd edilir ki, Komo əyalətinin polisləri yanğınla bağlı araşdırmalara başlayıb və onlar müşahidə kameralarındakı görüntüləri əldə ediblər. Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları aparıcının özü ilə də əlaqə saxlayıblar.

Nəşrin məlumatına görə, Solovyovun Komoda ümumi dəyəri 8 milyon avro olan üç mülkü var.

Xatırladaq ki, mart ayında Avropa İttifaqı Ukrynadakı hadisələrlə əlaqədar bir sıra Rusiya vətəndaşlarına sanksiya tətbiq etmişdi. Onların arasında Solovyov da var idi. Onun adının siyahıya salınmasından sonra villasına da həbs qərarı çıxarılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code