Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Layihənin icrasına başlandı

0
47

 “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi 1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Sağlam ətraf mühitdə yaşamaq vərdişlərinin regionda yaşayan insanlara aşılanması, qorunması, onların bu yöndə bilik və bacarıqlarının artırılması, təşəbbüslərin dəstəklənməsi”  layihəsinin icrasına başlamışdır.
Layihənin məqsədi orta məktəb şagirdlərində ekoloji biliklərin möhkəmləndirilməsi, onların təbiətə qarşı həsas yanaşmaları, ekologiyanı qorumağın bir vətəndaşlıq borcu olduğunu, bizim və bizdən sonra gələcək nəslin sağlam gələcəyinin məhz ekologiyadan aslı olduğunu göstərmək və ekologiyanın qorumağın vacibliyini dərk etmələrində onlara dəstək olmaq, ekoloji maarifləndirmə işi aparmaqdan ibarətdir. Uşaqlarda ekologiyaya qarşı müsbət fikirlərin formaşalmasında onlara düzgün istiqamət verərək gələcək həyatlarında ekologiyanı sevmək və qorumağın vacibliyini aşılamaq.
 Layihə 3 davam edəcək (01.02.2022-01.05.2022). Layihə çərçivəsində beş məktəb müəyyən ediləcək (Bakı şəhərində 3 məktəb, İsmayıllı şəhərində 2 məktəb) və bu məktəblərdə şagirdlərə seminar veriləcəkdir.
Layihə çərçivəsində Bakı şəhəri üzrə keçirilməsi planlaşdırılan 3 seminardan biri 06.04.2022-ci il tarixində  Binəqədi Rayonu Mirze Xosrov Axundzade adına 102 nomrəli tam orta məktəbində keçirilmişdir.
Seminarda “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyinin sədri, ekspert və könüllü nümayəndələr, Binəqədi Rayonu Mirze Xosrov Axundzade adına 102 nomrəli tam orta məktəbinin direktoru Mailə İsmayılova və müəllim kollektivi iştirak etmişdir. Seminarı giriş sözü ilə açan QHT sədri Elsevər Cəlilov qonaqları salamlamış və bu seminarın aktual və vacibliyindən bəhs etmişdir. O çıxışında ekologiya nədir? Nə üçün ekologiyanı qorumalıyıq kimi sualların ətrafında fikirlərini auditoriya ilə bölüşmüşdür.  Daha sonra isə məktəb direktoru Mailə İsmayılova çıxış edərək şagirdlərə ekologiyanı qorumağın vacibliyinndən bəhs edərək, bu sahənin həqiqətən də insanların həyatında mühüm yer tutduğunu və ekologiyanı mühafizə xarakteri daşıyan bu layihənin hazırladıqları üçün layihə nümayəndələrinə öz təşəkkürünü bildirmişdir. Daha sonra seminarı layihə eksperti Nuray  Əhmədova hazırlanmış olan, təqdimatla uşaqlara ekologiyanı və onu mühafizə etməyin yollarını izah etmişdir. Çıxış zamanı hazırlanmış olan təqdimat seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Ümumi sayı 30 nəfər olan ibtidai sinif şagirdlərinin iştirakı ilə keçirilən seminar şagirdlərin sualları ilə daha da maraqlı və aktiv şəkildə keçirilmişdir. Layihə eksperti çıxışında ekologiya nədir, təbiət nədir, cəmiyyət nədir, təbiətlə cəmiyyət arasındakı münasibətlər necə qurulmaldır kimi mövzuları geniş şəkildə izah etmişdir. Seminar arası uşaqların vermiş olduğu çoxsaylı suallar cavablandırılmış və sualların cavabı yerindəcə verilmişdir. 4 C sinfinin rəhbəri, Daşdəmirova Sərmayə Norvuz qızı çıxış edərək seminar mövzununun aktuallığını şagirdlərin nəzərinə çatdırmışdır. Və həmçinin təşkilatçılara seminarın hazırlanmasına görə öz təşəkkürünü bildirmişdir. Seminarı davam etdirən QHT sədri Elsevər Cəlilov bu kimi fəaliyyətlərin həqiqiətən də lazımlı və aktual olduğunu qeyd etmişdir. 4 C sinifinin istedadlı şagirdlərindən olan Abdullayeva Xədicə Xudayar təsnifini ifa edərək hər kəsin bu musiqinin adının sahibinin timsalında bütün şəhidlərimizi bir daha yad etməsinə səbəb oldu. QHT sədri Elsevər Cəlilov seminar sonunda etdiyi ifa üçün Abdullayeva Xədicəyə təşəkkür etmiş və bütün şəhidlərimizi  hər zaman xatrılamağımızın bir vətəndaş borcu olduğunu qeyd etmişdir.  Azərbaycan Dövlət Pedaqoji Universitetinin təcrübəçi tələbələri və metodist rəhbəri məktəbdə keçirilən seminarda yaxından iştirak etmişdirlər.
Layihə çərçivəsində yazılmış olan kitabça (30 ədəd) şagirdlərə paylanmışdır. Sonda bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyi diqqətə çatdırılmış, şagird və müəllim kollektivi ilə xatirə şəkli çəkilmişdir.
 “Səyyahlar” Təbii Sərvətlərin və
Ətraf Mühitin Araşdırılması və
Tanıdılması  ictimai birliyinin sədri:                                                                                 Elsevər Cəlilov

 

WhatsApp Image 2022-04-06 at 18.52.40.jpeg

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code