Qəlyanaltı üçün ən universal və sağlam qida açıqlandı – FOTO

0
43
Qəlyanaltı üçün universal və sağlam qida qoz-fındıqdır.
 
Bu barədə amerikalı diyetoloq Cessila Boll öz tövsiyələrində deyib.
 
O bildirib ki, ən ideal qəlyanaltı – daşınması əlverişli və demək olar ki, istənilən mühitdə yeyilə bilənidir və qoz-fındıq bu məsələdə əvəzedilməzdir. Diyetoloqun fikrincə, bu məhsul rahatlıqdan əlavə, yaxşı dad və bir çox faydalı xüsusiyyətlərə malikdir.
 
Qoz-fındıq insanı tox saxlayan yağ, lif və zülalla zəngindir. Bundan əlavə, onların tərkibində bədənin optimal işləməsi üçün zəruri olan maqnezium, E vitamini, sink və fol turşusu var. Müntəzəm olaraq qoz-fındıqla qəlyanaltı etmək ürək sağlamlığını yaxşılaşdırmağa və diabet riskini azaltmağa kömək edir.
 
Aclıq çox güclüdürsə, Boll qoz-fındıqlara quru meyvə, alma, pendir və ya tünd şokolad əlavə etməyi təklif edir.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code