Rus ordusu GERİ ÇƏKİLİR: bu şəhəri təslim etməyə hazırlaşırlar

0
26

“Rusiya Federasiyasının qoşunları Xersonu təhvil verməyə hazırlaşır”.  

Medonline.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri, hərbi ekspert Aleksey Aretoviç Tatyana Popovaya müsahibəsində deyib .

“Ruslar özlərini artıq Xersonu təslim etmək üçün hazırlayıblar. Bu barədə çox az adam bilir, lakin onlar digər planları da daxil olmaqla, Xersonu tərk etməyi ciddi şəkildə düşünürlər. Bu, Xersonun sabah azad ediləcəyi demək deyil, amma yenə də…”, – deyə Aretoviç bildirib.

“Nikolayevdə onsuz da düşmən yoxdur, bütün döyüşlər artıq Xerson ərazisində aparılır”, – o əlavə edib.

Arestoviçin proqnozuna görə, Rusiyanın Ukraynaya hücum etmək gücü yoxdur və Putin “ölkə daxilində” qalib gələcək. Danışıqlara gəlincə, siyasi şərtlərlə hərbi şərtlər üst-üstə düşür.

“Ruslar çox konstruktiv və fəaldırlar, danışıqların aparılmasını xahiş edirlər. Əsas intriqa Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədi boyunca və ya fevralın 23-dək olan inzibati sərhəd ətrafında aparılır”, – Aretoviç bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code