Vahid Əhmədovdan məmurlara sərt çağırış: “O yolun vəziyyətini görmürlər?”

0
23

Milli Məclisin plenar iclasında çıxış edən deputat Vahid Əhmədov əvvəlcə spiker Sahibə Qafarovanın xarici səfərlərindən bəhs etdi. “Mən sizin erməni həmkarınıza verdiyiniz cavabı çox yüksək qiymətlədirirəm”, deyən deputat bildirdi ki, bu mövqe Azərbaycan dövlətçiliyinin nə qədər güclü olduğunu bir daha göstərdi.

Daha sonra V.Əhmədov Bakı-Quba yolunun bərbad vəziyyətindən bəhs etdi. Bildirdi ki, hökumətin hesabatı zamanı Baş nazirə müraciətlə Bakı-Quba yolunun təmirini xahiş edrib. Ondan sonra da görüşülər, bu haqda söhbət ediblər: “Mən ayın 2-də Qubada idim. O yola getmək mümkün deyil. Bəzən deyirlər ki, ödənişli yol çəkilir. Ödənişli yolun çəkilməsi o yolun yalnız müəyyən hissəsini əvəz edəcək. Ona görə də mən bu tribunadan bir daha müraciət edirəm. Məmurların hamısının Qubada, Xaçmazda villaları var, həftədə bir-iki dəfə gedib gəlirlər. O yolun vəziyyətini görmürlərmi? İnanın, mənə bir dəfə o yola gedib-gələn ikinci dəfə ora getmək istəmir. Ümumiyyətlə, belə vəziyyət yaranıb ki, prezidentə çıxmadan Azərbaycanda bir çox məsələləri həll etmək mümkün deyil. Məcbur oluruq cənab prezidentə müraciət edirsiniz. Mən bir daha bu tribunadan istifadə edərək cənab baş nazirdən xahiş edirəm ki, o yolun təmiri ilə bağlı tapşırıq vesin”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code