Hafiz Hacıyevdən AĞIR SÖZLƏR: O məmurun qızı gecə barlarda…

0
20

“Övladına 400 minlik toy edən məmurun qızı, əlbəttə, gecə barlarda yatmalıdır…”

Medonline.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Bakıda gecə saatlarında “Location” klubda baş verən partlayış barədə danışan Hacıyev bunun cəmiyyətdə qıcıq yaratdığını deyib:

“Əlbəttə, bu partlayış hamımızı üzür. Orada yaralananlar var. Hər halda Azərbaycanda bu tip gecə klublarının olması birmənalı qarşılanmır, hətta ora başqa cür də müraciət edirlər. Orada ancaq varlılar ola bilər, sizin, bizim kimi kasıblar heç çörək almağa pul tapmırıq. Ona görə də bu cür yerlərdə məmur təbəqəsinin övladları daha çox olur, gecələr evlərinə yığılmırlar, ən pozğun insanların hamısı elə yerlərdə toplaşır”.

Gecə klubunda yaralananların arasında sabiq məmur övladlarının da olmasına diqqət çəkən siyasətçi belə deyib:

“Onların hamısı harınlamış insanlar, onların ailələrinin övladlarıdır. Gecə saat 3-də gedib barda oturur, başqa işlərlə, narkomaniya ilə məşğul olurlar, getdikləri barlarda nəşə çəkirlər. Bu çox ciddi məsələdir. Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən güclər var, onlar əldə milyardları olan varlılardır, Azərbaycanın pulunu sümürüb-talayan məmur övladlarıdır. Arxa tərəfdə göstəriş verirlər ki, vəziyyəti gərginləşdirək, ölkədə qarşıqlıq düşsün. Belə bir vəziyyətdir. Bu vəziyyətdən çıxmaq üçün də yenə millətimizin birliyi lazımdır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code