Putin Zelenski ilə bu halda görüşəcək – Peskov şərtləri AÇIQLADI

0
26

“Ukrayna və Rusiya liderləri nümayəndə heyətləri sülh müqaviləsi üzərində işi başa vurduqdan sonra görüşəcəklər.

Medonline.az RBC-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hərbi əməliyyatın məqsədi tam şəkildə həyata keçiriləcək və müharibə nəticəsində iki ölkə sənədi imzalayacaq. Bu, vəziyyətin normallaşması istiqamətində mühüm addım olacaq”, – Kreml sözçüsü deyib.

O, həmçinin əlavə edib ki, Putin heç vaxt belə görüşdən imtina etməyib və belə bir görüş, bəli, hipotetik olaraq mümkündür.

“Amma bunun baş verməsi üçün iki nümayəndə heyətinin işinin dərinliklərində konkret sənədin yetişməsi lazımdır. İdeyalar toplusu deyil, konkret yazılı sənəd. O zaman növbə belə bir sənədə çatacaq, görüş baş tutacaq”, – Peskov vurğulayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code