Peskov Ramzan Kadırova “od qoyub” – Ramzan da Peskovu teleqramda “atəşə tutub”

0
44

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir neçə gün öncə tanınmış aparıcı İvan Urqantın ölkəni tərk etməsinə münasibət bildirmişdi. D.Peskov Rusiya ictimaiyyətini İvan Urqanta qarşı anlayış göstərməyə çağırmışdı: “İvan Urqant böyük vətənpərvərdir”.

Eyni zamanda, D.Peskovdan Rusiya prezidenti Vladimir Putinin Çeçenistanın rəhbəri Ramzan Kadırova general-leytenant hərbi rütbəsi verməsinə münasibəti də soruşulmuşdu. D.Peskov “Mən bu barədə fərmanı hələ görməmişəm” deməklə kifayətlənərək, bu məsələyə şərh verməkdən yayınmışdı.

Maraqlıdır ki, D.Peskovun bu davranışı Ramzan Kadırovu əsəbiləşdirib. R.Kadırov özünə məxsus teleqram kanalında D.Peskovu Rusiyanın çətin günlərində ölkədən qaçan şəxsləri, o cümlədən də, İvan Urqantı “böyük patriot” kimi təqdim etməkdə qınayıb: “Çox qəribə yanaşmadır. Qəhrəmanları qəhrəman, generalları isə general adlanlandırmaq istəmirlər. Ancaq Rusiyanın çətin günlərində ölkədən qaçanları isə “böyük patriot” adlandırırlar. Dmitri Peskovun “patriot” olduqca anlaşılmaz və qüsurludur. Bununla nəsə etmək lazımdır”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code