“Rusiya İŞİD- dən də betərdir” – “XXI əsrdə bunu təsəvvür etmək mümkün deyildi…”

0
39
Kuleba işğalçıların Ukraynadakı cinayətlərindən danışıb
 
Beynəlxalq təşkilatlar Ukraynanın Rusiya işğalından azad edilən yaşayış məntəqələrini ziyarət etməli və hərbi cinayətləri sənədləşdirməlidir.
 
Medonline.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba aprelin 3- də Britaniyanın “Times UK radio” nəşrinə bəyan edib. Məlumatı Ukrayna Nazirlər Kabinetinin saytı yayıb.
 
“Mən Beynəlxalq cinayət məhkəməsini və beynəlxalq təşkilatları öz missiyasını Buça şəhərinə  və Kiyev vilayətinin  işğaldan azad edilən digər şəhər və kəndlərinə göndərməsini və Ukraynanın hüquq- mühafizə orqanları ilə qarşılıqlı əlaqədə rusiyalıların hərbi cinayətlərinin bütün sübutlarını toplamağa çağırıram”, – o, deyib.
 
Ukraynalı diplomat qeyd edib ki, Ukrayna XİN- i  artıq Haaqaya belə sorğu göndərib.
 
“Biz elə hey cəsədləri axtarıb toplayırıq, lakin onların sayı yüzlərlədir. Ölənlərin cəsədləri küçələrlə qalıb. Onlar bu şəhər və kəndlərdə olarkən və onları tərk edərək dinc sakinləri öldürüb…
XXI əsrdə bunu təsəvvür etmək mümkün deyildi, amma bunlar gözlərimiz qarşısında baş verib. Rusiya İŞİD- dən də betərdir”, – Kuleba belə deyib.
 
O, “günahkarların məsuliyyətə cəlb edilməsi  üçün maksimum səylər” göstərilməsini “həyatının əsas vəzifəsi” adlandırıb.
 
“Bu, mənim həyatımın əsas vəzifəsidir və mən son nəfəsimədək onların hamısı məsuliyyətə cəlb olunmayanadək bu işlə məşğul olacağam”, – Kuleba vurğulayıb.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code