Çin Ukrayna ilə bağlı qərarını RƏSMƏN ELAN ETDİ

0
20

Çin özünü Ukraynadakı münaqişənin tərəfi hesab etməkdən imtina edib.  

Medonline.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Nazirlik Çinin digər ölkələrlə, o cümlədən Rusiya ilə normal ticarət əlaqələrinə təsir etməməli olduğunu da qeyd edib.  

Bu barədə “RİA Novosti” məlumat yayıb. 

Çin Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri Vanq Lutonq bildirib ki, ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün Pekin heç nə etməyəcək. O, sanksiyalara qarşı çıxan Çinin mövqeyini xatırladıb: “Çin Ukraynadakı münaqişənin tərəfi deyil və biz inanmırıq ki, digər ölkələrlə normal ticarət əməkdaşlığımız bundan təsirlənsin”.

Diplomat yekunda qeyd edib ki, Avropa Rusiya ilə bütün ticarəti dayandırmayıb, odur ki, Pekinin Moskva ilə ticari əlaqələri əməkdaşlığa təsir edilməməlidir. 

Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ və Çinin Ukraynadakı vəziyyətlə bağlı açıq və dürüst şəkildə əks fikir mübadiləsi apardığını bildirib. “Bəli, açıq və dürüst müzakirə o deməkdir ki, biz əks fikir mübadiləsi aparmışıq” , – o, qeyd edib. 

Avropa Şurasının rəhbəri Şarl Mişel də öz növbəsində Pekini Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaqdan imtina etməyə çağırıb.

 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code