“TURKOVAC”-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

0
22

“Türkiyənin koronavirusa qarşı yerli vakisini olan “TURKOVAC”ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir. Proses hazırda sənədləşmə mərhələsindədir”.

Bu barədə Bakı Sağlamlıq Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, bu sınaqlar uzunmüddətli olacaq:

“Sınaqlar 15 ay ərzində davam edəcək. Hazırda bu vaksini vurdurmaq üçün könüllü müraciət edən yoxdur”.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”-ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code