Mart soyqırımının qurbanları yad edildi!

0
28

Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində 31 mart-Dünya Azərbaycanlılarının soyqırımı gününə həsr edilən tədbir keçirilib.Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənov, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru Şamil Sabiroğlu, həmin Təşkilatın sədr müavini Çingiz Bayramov, Birliyin üzvləri- Zakir Məmmədov, Kazım Tağızadə və başqaları çıxış etdilər.Çıxış edənlər qeyd etdilər ki, son 200-220 il ərzində erməni terrorçularının bütövlükdə türk dünyasına qarşı törətdikləri vəhşilikləri unutmamaq üçün bu cür tədbirlərin mütəmadi keçirilməsinə ehtiyac var.
Sonda II Vətən savaşında fərqlənən müharibə iştirakçıları mükafatlandırıldı.
Ayna Rüstəmova,
Medonline.az saytının ştatdankənar müxbiri.
01.04.2022.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code