Ukrayna PA-dan ŞOK AÇIQLAMA: “Kremlin planları tamamilə iflasa uğradı, Putinin yeni planı…”

0
17

Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyanın Xarkov, Kiyev və Sumı vilayətlərinə hücumunun uğursuzluğunu hesab edir.

Medonline.az xəbər verir ki, bu barədə o, DW-yə müsahibəsində bildirib.

“Bizim qüvvələrimiz artıq Sumı vilayətini, Xarkov və Kiyev vilayətlərinin bir hissəsini azad edir. Rusiya kolonnaları ordan gedir. Bu, onlar üçün uğursuzluqdur”, – Arestoviç bildirib.

Onun sözlərinə görə, buna görə Rusiyadan çoxlu nüvə şantajı olacaq:

“Onlar hətta Rusiyada ümumi səfərbərlik elan etməyə belə cəsarət etmədilər, bu o deməkdir ki, onlar daxili etirazlardan və ölkə daxilindəki ictimai-siyasi gərginlikdən qorxurlar”.

Belarusun müharibəyə girmə ehtimalı çox aşağıdır, deyə o əlavə edib: 

“Belarusun Kiyev yaxınlığında güclü əməliyyatı əvəzinə, Belarus ordusu bizim tərəfə keçəcək və Minsk istiqamətində güclü əməliyyat olacaq. Onlar tam başa düşürlər və qorxurlar”.

Baş Qərargahın məlumatına görə, hazırda Rusiya qoşunlarının bir hissəsini Çerniqov və Kiyevdən çıxarır . Düşmən şərq rayonlarında növbəti hücuma keçmək üçün qüvvələrini yenidən qruplaşdırır.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi “xüsusi əməliyyat”ın “birinci mərhələsi”nin başa çatdığını və Donbasda hücuma keçdiyini açıqlamışdı.

“Financial Times”ın məlumatına görə, Putinin Rusiya-Ukrayna danışıqlarında təsir rıçaqlarına sahib olmaq üçün şərq bölgəsində Ukrayna Silahlı Qüvvələrini mühasirəyə almaq planı var.

 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code