Rusiyaya BÖYÜK ŞOK: Britaniya daha ölümcül zərbəyə hazırlaşır – Conson ELAN ETDİ

0
19

Böyük Britaniya hökuməti Ukraynaya daha çox silah verməyi nəzərdən keçirir.

Medonline.az xəbər verir ki, bu barədə  “The Times” məlumat yayıb.

Qeyd olunur ki, Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin nazirlərə məlumat verərək bildirib ki, Ukrayna Rusiya qüvvələrinə qarşı vuruşmaq cəhdindən əraziləri qoruyub saxlamağa və geri qaytarmağa keçdiyi üçün müharibə “daha ənənəvi” hal alıb.

Onun sözlərinə görə, Böyük Britaniya Ukraynaya dəstəyin “yeni mərhələsinə” keçir və hökumət hansı hərbi texnika ilə təmin edə biləcəyini nəzərdən keçirir.

“Ukrayna ordusu təkcə iri şəhərləri müdafiə etmir, həm də rusları geri çəkilməyə məcbur edir. Bununla yanaşı, dəstəyimiz də dəyişməlidir”, – mənbə bildirib.

Böyük Britaniyanın Baş naziri Boris Conson nazirlərə Rusiya Prezidenti Vladimir Putinin “daha güclü zərbə endirməyə çalışdığı” bir vaxtda Ukraynaya “daha ölümcül” hərbi yardım göstərmək istədiyini deyib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code