Bakıda keçiddə yeniyetməni avtomobil vuraraq öldürüb

0
19

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Medonline.az xəbər verir ki, qəza paytaxtın Vaqif küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Təxminən 10-14 yaşlı oğlan (hələlik ad-soyadı bilinmir) “Koala” parkdan çıxaraq piyada üçün nəzərdə tutulmuş keçiddən keçərkən onu yüksək sürətlə hərəkətdə olan avtomobil vurub. Yeniyetmə hadisə yerində həlak olub.

Yeniyetmənin yaxınları axtarılırlar. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code