Məmmədovdan rus deputata SƏRT SÖZLƏR: Belə qərara gəlmək olar ki…

0
23

“Rusiya hərbi kontingenti Azərbaycan ərazisinə gəldiyi gündən Azərbaycan qanunlarını pozmaqla, onlara hörmətsizlik etməklə, ərazi bütövlüyümüzə təhlükə yaratmaqla məşğuldur. 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasında açıq-aydın göstərilib ki, sülhməramlılıq missiyasını öhdəsinə götürən dövlət nə məqsədlə gəlir və nə ilə məşğul olacaq. Sənəddə bildirilir ki, sülhməramlılar Azərbaycan ərazisində müvəqqəti yerləşməklə Laçın dəhlizi adlandırılan yerdə gediş-gəlişin təhlükəsizliyinə nəzarət edəcəklər”.

Bunu Medonline.az-a açıqlamasında deputat Elman Məmmədov deyib. 

Deputat bildirib ki, eyni zamanda bunlar gəldiyi gündən paralel olaraq Azərbaycan ərazisində kök salmış qeyri-qanuni erməni silahlı birləşmələrini, separatçı qurumları ərazimizdən təmizləməyi öhdələrinə götürüblər: “10 noyabr razılaşmasından sonra da bir sıra görüşlər, razılaşmalar oldu. Lakin bu kontingent imzalanmış sənədlərdə onların üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə erməni maraqlarına xidmət etməklə məşğul olublar. Bu kimi bir çox qanunsuz əməllərə imza atıblar. Bütün bunlar isə Azərbaycan qanunlarına birbaşa zidd və hörmətsizlikdir. Digər tərəfdən bunlar öz hərəkətləri ilə öz prezidentlərinə də hörmətsizlik edirlər. Çünki o sənədlərin hamısında 3 dövlət başçısının imzası var və o imzalardan biri məhz cənab Putinə məxsusdur. Sülhməramlılar ən azından öz prezidentlərinin imzasına hörmət etsinlər. Bu yaxınlarda Rusiya Müdafiə Nazirliyi bir bəyanat verdi. Həmin bəyanatın mətnindən belə qərara gəlmək olar ki, Rusiyada iki hakimiyyətlilik mövcuddur. Bir sözü bir hakimiyyət, yəni Rusiya prezidenti Validimir Putin deyir, tamamilə əks başqa bir sözü Rusiya Müdafiə Nazirliyi deyir. Görünür, Rusiya Müdafiə Nazirliyi öz prezidentinə qarşı da hərəkət edir. Yaxud dünən axşam Rusiya telekanallarından birində yayımlanan verilişdə bir rus gədəsi ağzına gələni danışır”.

E.Məmmədov vurğulayıb ki, belələrinə qulaq asanda düşünürsən ki, bu ya Çar Rusiyası dövründəki dövlət dumasının deputatı, ya da SSRİ dövründəki Ali Sovetin deputatıdır: “Yəni həmin şəxsin danışıqlarından belə çıxır ki, Rusiya imperiyadır və işğalçılıq siyasətini davam etdirmək fikrindədir. Çünki o, Azərbaycanı bombalamaqla hədələyir. Onlara elə gəlir ki, Azərbaycan hələ də SSRİ-nin təkbinə daxildir və Moskvaya tabedir. Yəni bunlar fikirləşmir ki, Azərbaycan 1991-ci ildən müstəqil dövlətdir və heç kimin tabeliyində deyil?! Tövsiyyə edirəm ki, fevralda imzalanan müstəqillik haqqındakı sazişin bəndlərini oxusunlar və görsünlər həmin sənəddə nələr əks olunub. Ancaq bunların hərəkətlərindən tamamilə başqa bir nəticəyə gəlmək mümkündür”. 

 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code