Ukrayna ordusundan ruslara SARSIDICI ZƏRBƏ

0
25

Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiya ordusunun 4 döyüş təyyarəsini, 1 helikopterini, 2 pilotsuz uçan aparatını, 2 qanadlı raketini məhv edib. Son sutkada Donetsk və Luqansk istiqamətindən Rusiyanın 5 hücumunun qarşısı alınıb, 2 tankı, piyadaların döyüş maşını və avtomobili məhv edilib.

Medonline.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın hərbi qüvvələri Krivoy Roq, Zapaoroje və Mikolayev istiqamətində müdafiə tədbirlərini gücləndirib.

“Ukrayna Silahlı Qüvvələri ölkə paytaxtı Kiyev ətrafında müdafiəni gücləndirir, qarşı tərəfin şimal-qərb və şərq istiqamətindən girməsinin qarşısını alır, onları sıxışdırır. Topolsk, Kamenka və Suxaya Kamenka yaşayış məntəqlərində döyüşlər davam edir” – məlumatda deyilir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code