Ərdoğandan sağlamlıq resepti: “Hər axşam bu qarışığı yeyib yatıram”

0
28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Tokat Hava Limanının və tikintisi başa çatan digər obyektlərin açılış mərasimi üçün səfər etdiyi Tokat bölgəsində yerli fermerlərlə görüşüb.

Medonline.az “Haber Global”a istinadla xəbər verir ki, yığıncaqda çıxış edən Tokat Arıçılar Dərnəyinin sədri Əli Dəmir bölgədə son 4 ildə mühüm obyektlərin qurulduğunu bildirib. Dəmir Tokatda açılan hava limanının da məhsulların ixarcına mühüm töhfə verəcəyini açıqlayıb.

Bal haqqında söz düşmüşkən, Ərdoğan da öz tövsiyəsini verib. O, özünəməxsus sağlamlıq reseptini bölüşüb.

“Hər axşam yatmazdan əvvəl 3-5 ədəd Mədinə xurmasını camış qatığına doğrayır, üzərinə şabalıd balı və yulaf əzməsi əlavə edib qarışdıraraq yeyib yatıram”, – deyə dövlət başçısı bildirib.

O, bu qarışımın əsl şəfa mənbəyi olduğunu da vurğulayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code