Təzyiqin ən önəmli dərmanı: Qara çay…

0
24

Qərbi Avstraliya Universitetinin alimləri hipertoniyanın öhdəsindən gəlməyə kömək edən içkinin adını açıqlayıblar. 

Medonline.az xəbər verir ki, bu barədə “American Journal of Clinical Nutrition” jurnalında dərc olunan məqalədə deyilir. Alimlərin açıqlamasına görə, bu qara çaydır. Onların araşdırmasına görə bu içki təzyiqi aşağı salmağa kömək edir. 

Tədqiqatçılar bu içkinin yüksək qan təzyiqi olan kişi və qadınlara təsirini araşdırıblar. Təcrübə iştirakçıları üç stəkan qara çay və tərkibində kofein olan, lakin flavonoidlər (təbii rənglər) olmayan başqa içki içiblər. Təcrübənin ilk günündə, üç və altı aydan sonra təzyiq göstəriciləri qiymətləndirilib.Nəticədə məlum olub ki, qara çay ikinci içki ilə müqayisədə yuxarı və aşağı təzyiqə daha çox təsir edir. Tədqiqatın nəticələri göstərir ki, qara çayın tərkibində kofeindən başqa bir komponent də gecə saatlarında qan təzyiqinin dəyişmə sürətinə təsir göstərə bilər.

Əgər XIX əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdüsə, hazırda sübut edilib ki çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. 

Buraya efirli yağlar, taninlər, alkaloidlər, flavonoidlər, vitaminlər və sairləri aiddir. Çinlilər çayın insanın görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar, müasir dövrdə bu cür təsir çayın tərkibində olan provitamin “A” ilə izah edilir. Bu yaxınlarda bir sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar, bu tədqiqatların nəticəsində çayın histaminin, yəni allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb. 

Tokio Universitetinin alimləri çayın xolera kimi infeksion xəstəliyinə qarşı və ümumiyyətcə antibakterial təsirə malik olduğunu sübut ediblər.Təbii çay növləri bağırsaq, mədə və ağciyər xərçəngi xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Çay tərkibindəki polifenol birləşmələr sayəsində antioksidant təsir göstərərək orqanizmi həm də xroniki xəstəliklərdən qorumağa kömək edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code