Rusiya planlarını dəyişdi, Kiyevi… – ABŞ AÇIQLADI

0
19

ABŞ hesab edir ki, Rusiya hücum əməliyyatı uğursuz olduğu üçün qüvvələrini Kiyevin deyil, Ukraynanın şərqinin ələ keçirilməsi üçün səfərbər edəcək. 

Medonline.az xəər verir ki, bu barədə “Reuters” Pentaqondakı yüksək vəzifəli nümayəndəyə istinadən yazır. 

Agentliyin məlumatına görə, Rusiya qüvvələri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi ilə danışıqlarda təsir rıçaqı əldə etmək üçün Donbası və bölgəni müdafiə edən ukraynalı hərbçiləri təcrid etməyə çalışacaq. 

Cümə günü Rusiya bəyan edib ki, “xüsusi əməliyyat”ın birinci fazası, demək olar ki, başa çatıb və diqqətini Donbasın “tam azad olunması”na yönəldəcək:

“Onlar buna böyük əhəmiyyət verirlər və bu barədə əlimizdə olan məlumat onlarda olan informasiya ilə üst-üstə düşür”, – deyə Pentaqon rəsmisi deyib.

O əlavə edib ki, ABŞ Rusiya qüvvələrinin Donbasda daha aqressiv olduğunu müşahidə edir: “Sözsüz ki, bu, onlar üçün prioritetdir”. 

Qeyd olunub ki, Rusiya qüvvələri Kiyev yaxınlığında müdafiə mövqeyinə çəkiliblər, Ukrayna ordusu isə Çerniqov istiqamətində irəliləyir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code