Ramazan ayı nə vaxt başlayır? – TARİX AÇIQLANDI

0
103

Aprelin 2-si Ramazan ayının ilk günüdür.

Medonline.az APA-ya istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib.

“Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir” – o qeyd edib.

QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.

“Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır” – o bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code