Mariupolda teatr binası BOMBALANDI: 300 nəfər öldü

0
51

Mariupolda Rusiyanın teatra hücumu nəticəsində 300 nəfərin öldüyü ehtimal edilir. 

Medonline.az xəbər verir ki, Mariupol Şəhər Şurasının “Telegram” kanalına istinadən xəbər verir ki, şahidlərin məlumatlarına əsasən, Rusiyanın Mariupol Dram Teatrına hücumu nəticəsində 300-ə yaxın insan həyatını itirib. 

Qeyd edək ki, bina mühasirədə olan Mariupol şəhərində əsas sığınacaqlardan biri kimi istifadə olunurdu. Teatra sığınanların sayı təxminən 800-1300 nəfər olub. 

Şəhərdə kommunikasiya şəbəkələri də daxil olmaqla, əsas xidmətlərin tamamilə sıradan çıxması səbəbindən hücumun tam miqyası haqqında məlumat toplamaq mümkün olmayıb. 

Xatırladaq ki, martın 16-da Rusiya ordusu Mariupoldakı Dram Teatrına aviazərbələr endirib. 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code