Böyük Britaniyadan Ukraynaya NÖVBƏTİ DƏSTƏK: 6 min raket və 25 milyon göndərir

0
19

Böyük Britaniya Ukraynanın hərbi ehtiyacları üçün daha 25 milyon funt sterlinq ayırıb və əlavə olaraq 6 min raket göndərir. 

Medonline.az xəbər verir ki, bu barədə baş nazir Boris Conson bəyan edib. 

Hökumətin saytında yerləşdirilən bəyanatda qeyd olunur ki, Ukraynaya növbəti dəstək tədbirlərinə 6 min tank əleyhinə və fuqas raketləri daxildir, habelə Ukrayna ordusunun ehtiyacları üçün 25 milyon funt sterlinq maliyyə dəstəyi göstəriləcək.

Boris Consonun bu bəyanatı Brüsseldə bu gün martın 24-də keçiriləcək NATO sammiti ərəfəsində verilib. Sammitdə Ukraynaya hərbi dəstəyin artırılması müzakirə olunacaq.

 O cümlədən alyans liderləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcəklər. Sammit ərəfəsində Boris Conson müttəfiqləri Ukraynanın Rusiya təcavüzünə qarşı özünü müdafiə edə bilməsi üçün zəruri vasitələrlə təmin etməyə çağırır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code