Azərbaycanda COVID pasportunun ləğvi ilə bağlı DEPUTATDAN AÇIQLAMA: 15 gündən sonra…

0
21

“Xarici ölkələrdə artıq COVID-19 pasportu ilə bağlı qadağalar aradan qaldırılıb. Ölkəmizdə də COVID-19 pasportunun ləğv olunması gözlənilir”.

Medonline.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. 

M.Quliyev bunu yoluxma sayının aşağı düşməsilə əlaqələndirib: “Artıq yoluxma sayı 100-dən aşağı düşüb və ölkənin 90%-i vaksin olunub”. 

Komitə sədrinin sözlərinə görə, təxminən 10-15 gün sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni bir qərar veriləcək: “Bizə qarşıdakı günlərdə yoluxma sayını gözləmək qalır”. 

Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code