Ukraynada “Bayraktar”a mahnı qoşdular – VİDEO

0
21

Ukrayna ordusunun Rusiya işğalına qarşı apardığı mübarizədə 3 əsas silahdan istifadə hesabına düşmənə ağır zərbələr vurulur. Bu silahların “BayraktarTB2”, “Javelin” və “Stinger” olduğu bildirilir.

Ukrayna hərbi qüvvələri tez-tez internetdə rus qoşunlarına böyük ziyan vurulduğunu əks etdirən videogörüntülər paylaşırlar. Onların arasında Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz döyüş təyyarəsilə (PUA) bağlı da videolar var.
 
Ukrayna ordusunun nə qədər “Bayraktar TB2”yə sahib olduğu məlum deyil. Ancaq məlum olan budur ki, Ukrayna rus işğalçılarına qarşı bu silahdan mütəmadi istifadə edir və qarşı tərəfə sarsıdıcı zərbələr vurur.
 
Prezident Volodimir Zelenski də açıqlamalarında Türkiyə istehsalı olan “Bayraktar TB2” silahından çox faydalandıqlarını söyləyib.
 
Bu arada Ukraynada “Bayraktar TB2”yə mahnı da qoşublar. Ukraynalı müğənni Taras Borovokun ifa etdiyi “Bayraktar” mahnısı artıq ölkədə populyarlıq qazanb və internetdə bu musiqiyə baxış sayı sürətlə artmaqdadır.
 
Müğənni Taras Borovokun ifa etdiyi “Bayraktar” mahnısı ilə bağlı videonu təqdim edirik:
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code