Lukaşenko Kremli aldadıb, Putin hiddət içindədir və Belarusda çevriliş etməyi planlaşdırır…

0
18

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə 21 mart 2022- ci ildə Ukraynaya hücum etməyi vəd edib, amma sözünün üstündə durmayıb. Belarus ordusu Lvov şəhərinə güclü hücum təşkil etməli idi.

Medonline.az xəbər verir ki, bu barədə özünün “Telegram- kanalı”nda Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bəyan edib.
 
Onun sözlərinə görə, hazırda Kremldə Lukaşenkonun hakimiyyətdən kənarlaşdırılması variantı nəzərdən keçirilir.
 
“Lukaşenko Kremldə görüşü zamanı Rusiya Federasiyasının faşist diktatoruna Ukraynaya 21 martdan gec olmayaraq hücum etməyi vəd edib. Məhz buna görə də Kiyevdən Belarusun diplomatik missiyasında qalanlar tamamilə təxliyə edilib”, – Qeraşşenko belə yazıb.
 
Onun məlumatına görə, Belarus ordusu Ukraynanın Belarusla sərhəddə yerləşən Volın vilayəti tərəfdən ölkəyə daxil olmalı və Lvova güclü hücum təşkil etməli idi ki, Ukraynanı ABŞ, Avropa İttifaqı ölkələrindən və Britaniyadan ukraynalılara silahların göndərildiyi yollardan ayırsın.
 
Bu plan Moskva üçün ABŞ Konqresinin Ukraynaya 13, 6 millyard dollar yardım paketini dəstəklədiyindən sonra xüsisilə vacibdir. Bu yardıma həmçinin 9 min tankəleyhinə “Javelin” kompleksləri də daxildir ki, bu da “Rusiyanın Ukraynaya müdaxilə ordusunda olan tankların, özüyeriyən artilleriya qurğularının və zirehli maşınların ümumi sayından çoxdur”.
 
Qeraşennko yazır ki, Lukaşenkonun Ukraynaya hücum etməmək qərarı Putini hiddətə gətirib və Rusiya prezidenti ətrafında “Lukaşenkonun hakimiyyətdən zorla kənarlaşdırılması variantı nəzətdən keçirilir”.
 
Ehtiyat edilir ki, RF xüsusi xidmət orqanları Belarus DTK və SQ- dəki agentləri ilə birgə hərbi çevriliş törədə bilər.
 
“Belə çevrilişin baş tutmaması və Lukaşenkonun bundan sonra da vaxtı uzatmaq və Ukraynaya müdaxilə etməməkdə davam etməsi Ukraynanın maraqlarına uyğundur. 
 
Lukaşenko artıq Putinin planlarından xəbərdardır və öz ətrafını Putinin agentlərindən “təmizləməyə” başlaya bilər”, – Qeraşşenko buna əmindir.
 
Bundan əvvəl Lukaşenko Yaponiyanın “TBS” telekanalına müsahibəsində bəyan edib ki, Minsk nə Rusiya, nə Ukrayna, nə də başqa ölkələr tərəfindən hər hansı hərbi əməliyyatları dəstəkləməyib və dəstəkləməyəcək. Ukraynada baş verən müharibənin günahını Lukaşenko Qərb ölkələrinin üzərinə qoyub və bəyan edib ki, o, şəxsən “orada müharibənin olmaması və sülh üçün əlindən gələni edib”.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code