“Ukrayna müharibəsinə görə dünyada aclıq olacaq” – BMT-dən həyəcan siqnalı

0
46

BMT-nin baş katibi Antonio Quterreş sosial şəbəkələrdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşım edib. AzVision.az xəbər verir ki, baş katib dünyada kütləvi aclıq və ərzaq böhranı təhlükəsi olduğunu açıqlayıb.

O, Ukraynadakı müharibənin artıq məhsul tədarükünü pozduğunu vurğulayıb.

“Ukraynadakı müharibə artıq tədarük zəncirlərini pozub və yanacaq, ərzaq və nəqliyyat qiymətlərinin kəskin artmasına səbəb olur. Biz aclıq qasırğasının və qlobal ərzaq sisteminin dağılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik”, – Quterreş Twitterdə yazıb .

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code