Ruslar Kiyevin bir addımlığında – FOTO

0
71

“İşğalçı ordu böyük itkilər verir. Ukrayna Silahlı Qüvvələrinin qələbələri sayəsində rus ordusu əksər ərazilərdə hücum potensialını itirib. İndi Rusiya ordusunun komandanlığı qondarma “könüllülər”, kursantlar və suriyalı muzdluların itkilərini kompensasiya etməyə çalışır”. 

Medonline.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib. 

Qeyd olunub ki, düşmən bölmələri müəyyən mövqelərdə sabitlənir: “Onlardan biri Zdvıjivka və Berestyanka kəndləri arasındadır”.

Jurnalist Andrey Tsaplienkonun sözlərinə görə, ruslar burada çoxlu texnika toplayıb: “İşğalçılar Silahlı Qüvvələrin zərbələri zamanı müdafiə strukturları da qurmağa çalışırlar. Kiyev düşmən mövqeyindən 35 kilometr aralıda mövqe tutub”.

Tsaplienkonun dərc etdiyi fotolarda rusların həqiqətən də əhəmiyyətli qoruyucu tikililər hazırladığı görünür. Şəkillərdə yük maşınları və zirehli texnikalar, tanklar var.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code