Ruslar Xarkovu raket atəşinə tutdu: İzyuma yaxınlaşırlar…

0
28

Son sutka ərzində Rusiya qoşunları Xarkov vilayətinə 49 hücum həyata keçirib.

Medonline.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov bildirib.

O qeyd edib ki, Xarkov müdafiə xətti 22 gündür qorunub saxlanır: “Düşmən öz məqsədinə çatmadı, işğalçıların heç bir hücum əməliyyatı uğurlu alınmadı. Son sutka ərzində Rusiya işğalçı qoşunları yenidən Xarkov vilayətinin rayonlarına 49 zərbə endirib. Eyni zamanda, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən (BM-21) hücumların sayı təxminən 10 dəfə artıb”.

Sinequbov bildirib ki, ruslra gecə saatlarında Xarkov vilayətinin Merefa şəhərini atəşə tutub, nəticədə məktəb və mədəniyyət evi dağıdılıb, yaşayış binalarına ciddi ziyan dəyib: “Qurbanlar var, xilasedicilər fəsadları aradan qaldırır. Düşmən İzyum şəhəri ilə irəliləmək cəhdindən geri çəkilmir, lakin orada da uğur qazana bilmirlər. Ukrayna ordusu onlara layiqli cavab verir. Təkcə son sutka ərzində İzyum şəhərindəki Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələri düşmənin 2 təyyarəsini və 1 helikopterini vurub”.

Bundan başqa, Xarkov yaxınlığında Ukrayna Silahlı Qüvvələri bir gün əvvəl düşmənin batalyon-taktiki qrupunu məhv edib: “Onlar texnika, yanacaq və sursatları məhv etdilər. Bu, artıq ruhdan düşmüş rusların hücum mövqelərini xeyli zəiflətdi. Ukrayna ordusu qələbəyə qədər müdafiəni davam etdirəcək!” – o əlavə edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code