NATO Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ: quruda, səmada və dənizdə…

0
61

“NATO ölkələrinin müdafiə nazirləri alyansın Rusiyaya qarşı quruda, səmada, dənizdə və kiberməkanda müdafiəsi üçün genişləndirilmiş planlar hazırlamağa başlayıblar”.

Medonline.az TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq müdafiə nazirlərinin görüşündən sonra deyib.

Onun sözlərinə görə, NATO kollektiv mühafizə tədbirlərinə yenidən baxmalı, alyansın şərq hissəsində qüvvələrini artırmalıdır.

Baş katib, eyni zamanda qeyd edib ki, alyans ölkələri yekdilliklə Ukraynada qüvvələr yerləşdirməməli olduğunu düşünür, amma Kiyevə hərbi və maliyyə yardımının davam etdirilməsinə qərar verilib.

Y.Stoltenberq bildirib ki, gələn həftə keçiriləcək NATO sammitində Ukraynadakı münaqişənin alyansın müdafiəsi üçün uzunmüddətli təsirləri nəzərdən keçiriləcək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code