Müharibə Qara dənizə SIÇRADI: Ruslar 3 Panama gəmisini raketlərlə vurdular

0
21

Rusiya ordusu Ukraynadakı müharibə zamanı Qara dənizdə Panama bayrağı altında üzən üç gəmiyə raket zərbələri endirib.

Medonline.az xəbər verir ki, bu barədə “Reuters” Panama Dəniz Administrasiyasının (AMP) inzibatçısı Noriel Arauza istinadla məlumat yayıb.

Dənizdə 3 gəmi olub – “Namura Queen”, “Lord Nelson” və “Helt”. Gəminin biri batıb, lakin itkilər barədə məlumat verilməyib. Digər ikisi suda qalır, amma zədələnib.

AMP gəmilərin nə vaxt vurulduğunu açıqlamayıb.

Ən azı 10 gəminin hələ də Qara dənizdə olduğunu bildirən Arauz, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərin ərazini tərk etməsinə məhdudiyyət qoyduğunu bildirib.

Qeyd edək ki, Panama öz bayrağı altında dünyanın ən böyük gəmi reyestrinə malikdir – 8000-dən çox gəmi.

Xatırladaq ki, Rusiya həm də müharibə zamanı Moldova bayrağı altında üzən “Millenium Spirit” bunkerini və türk gəmisini hədəf alıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code