Zelenski “Birinci kanal”da etiraz edən Marinadan danışdı

0
23

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz etməkdən çəkinməyən ruslara təşəkkür edib.

Medonline.az xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

Prezident çıxışında Rusiyanın “Birinci kanal”ının canlı efirində “Müharibəyə yox!” deyən Marina Ovsyannikovaya da təşəkkürünü çatdırıb:

“Həqiqəti çatdırmaqdan əl çəkməyən, dezinformasiya ilə mübarizə aparan ruslara minnətdaram. Xüsusən də Rusiyanın “Birinci kanal”ının studiyasına daxil olan, müharibə əleyhinə plakat açan qıza. Mübarizə aparmalısınız, şansınızı əldə verməməlisiniz”.

Qeyd edək ki, ötən gün Rusiyanın “Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib. Belə ki, telekanalın əməkdaşı Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub. O, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb.

Kanalın redaktoru olduğu bildirilən Marinahadisədə sonra saxlanılıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code