SON DƏQİQƏ: NATO 30 min əsgər və 220 təyyarə ilə HƏRƏKƏTƏ KEÇDİ

0
22

NATO Norveçdə təxminən 30 min hərbçi, yüzlərlə təyyarə və gəminin iştirakı ilə təlimlərə başlayıb.

Medonline.az xəbər verir ki, mart və aprel ayları ərzində davam edəcək “Soyuq cavab-2022” təliminə Avropa və Şimali Amerikadan NATO müttəfiqləri ilə yanaşı, ittifaq tərəfdaşları İsveç və Finlandiyadan olan əsgərlər də qatılıb.

Hava, quru və dəniz qüvvələrinin təlimində 27 ölkədən 30 min əsgər, 220 təyyarə və 50-dən çox gəmi soyuq hava şəraitində və çətin relyefdə təlim keçir.

Təlimdə “Norveçə hücum edildiyi və müttəfiqlik müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin işə salındığı” ssenari tətbiq edilir.

NATO-nun verdiyi açıqlamada təlimin müdafiə məqsədi daşıdığı, çoxdan planlaşdırıldığı və Rusiyanın Ukraynaya hücumu ilə bağlı olmadığı vurğulanıb.

“Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv olan bütün ölkələrdən müşahidəçilər “Soyuq cavab-2022” təliminə dəvət edilmişdi, lakin Rusiya dəvəti rədd etdi. Norveç müddəti uzadıb, müşahidəçilərin qeydiyyatı martın 23-dək davam edəcək” – deyə məlumatda qeyd olunub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code