NATO üçün “QARANQUŞ”: rusların kəşfiyyatçı PUA-sı bu ölkəyə düşdü – FOTO

0
48

Rusiyanın əsasən Ukrayna ilə müharibədə istifadə etdiyi “Orlan-10” tipli pilotsuz uçuş aparatı (PUA) sərhəddən 100 km-dən artıq məsafədə Rumıniyanın Dumitra kəndi ərazisinə düşüb.

Medonline.az xəbər verir ki, bu barədə Rumıniya nəşri yazır.

PUA şəxsi həyətə düşüb. Kənd sakini tapıntı barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Yerli polis idarəsi bildirib ki, model miniatür təyyarəyə bənzəyirdi və PUA-nın hərbi məqsədlər üçün istifadə edildiyini göstərən heç bir identifikasiya işarəsi yox idi.

Bəzi mənbələrə görə, PUA ən çox Rusiya Federasiyasının 2014-cü ildən Ukrayna ilə müharibədə istifadə etdiyi “Orlan-10″a bənzəyirdi.

Qeyd olunub ki, həmin PUA-lar artıq Ukrayna ərazisində dəfələrlə Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.

“Orlan-10” kəşfiyyat məlumatlarını toplamaq və hədəfləri müəyyən etmək üçün istifadə olunur.

NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə bəyan edib ki, Alyans Rusiya ilə müharibə etmək niyyətində deyil, təcavüz halında üzv ölkələrin hər birinin sərhədlərini birlikdə qoruyacaq.

Martın 12-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Stoltenberqin Rusiyanı belə bir qərarın nəticələri barədə xəbərdar etməsindən sonra açıq şəkildə NATO-nun Ukraynaya gedən silah karvanlarını atəşə tutmaqla hədələyib .

Bundan başqa, ruslar martın 13 -də Lvov vilayətində, NATO üzvü olan Polşa ilə sərhəddən onlarla kilometr aralıda yerləşən Yavoriv poliqonuna cəsarətlə hücum edib.

Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, NATO səmanı bağlamasa, növbəti dəfə rusiyalı terrorçuların raketləri alyansın ərazisinə düşə bilər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code