Bu gün Ukrayna Silahlı Qüvvələrinin “Azov” alayının hərbçiləri Rusiya ordusunun general-mayorunu öldürüb.
Medonline.az xəbər verir ki, bu barədə alayın Teleqram kanalında məlumat verilib.
General-mayorun ad və soyadının hələlik məlum olmadığı bildirilir.
Xatırladaq ki, Mariupolda ağır döyüşlərdə “Azov” alayı Rusiyanın xeyli ağır texnikasını sıradan çıxarıb.