Rusiyada BU TARİXDƏ müharibə başlayacaq

0
23

Ay yarımdan sonra Rusiya Federasiyasında müharibə başlayacaq.

Medonline.az xəbər verir ki, belə bir proqnozla adının açıqlanmasını istəməyən məşhur rusiyalı astroloq çıxış edib. (Ukraynanın “Telegraf” saytı şəxsi təhlükəsizlik üçün onun adını açıqlamır – red.)

Sözügedən astroloq Ukraynaya qarşı müharibə başlayandan sonra Vladimir Putin üçün şəxsi ulduz falı tərtib etdiyini bildirib.

Onun fikrincə, daha ciddi təhlükə var – bu, Rusiyada müharibədir: “Mən yanğınlar, dağıntılar və çoxlu ölümlər görürəm, o cümlədən ən böyük şəhərlərimizdə – Moskvada, Sankt-Peterburqda, ölkənin hər yerində”.

Astroloq bildirib ki, müharibə yaxın 1,5 ay müddətində başlaya bilər.

“Siyasət haqqında çox şey bilmirəm, amma təxmin edə bilərəm ki, Rusiyadakı müharibənin səbəbi Ukraynaya qarşı kampaniya olacaq. Bu müharibə bizim ərazimizə də gələcək. NATO-ya necə təsir edə biləcəyimizi bilmirəm. Bu, vətəndaş müharibəsinə çevriləcək, bəlkə də başqa bir şey olacaq. Amma təəssüf ki, Rusiya hakimiyyətinin hərəkətləri bizim ərazimizdə döyüşlərə səbəb ola bilər” – astroloq qeyd edib.

Astroloq onu da bildirib ki, Putinin ölümü və ya hakimiyyətdən uzaqlaşdırılması Rusiya Federasiyasında müharibənin qarşısını ala bilər.

O əlavə edib ki, müharibənin qurbanı olmaqdan qorxur, ona görə də yaxın vaxtlarda Rusiyanı tərk edəcək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code