Kadırov Ukraynanı Kiyevə hücumla HƏDƏLƏDİ

0
54

Çeçenistan rəhbəri Ramzan Kadırov Kiyev yaxınlığındakı Qostomeldə olduğunu bildirib və Ukraynanı Kiyevə hücum edə biləcəyi ilə hədələyib.

Medonline.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında məlumat verib.

Kadırov video yayımlayıb və onun Kiyevdən 25 km aralıda yerləşən Qostomeldə çəkildiyini bildirib: “Videoda biz Qostomeldəyik. Kiyevlilər, keçən gün sizdən təxminən 20 km aralıda idik və indi daha da yaxınıq. Təxmin edin ki, biz nə qədər yaxınıq. Mən intriqa aparacam: bəlkə biz artıq Kiyevdəyik və sadəcə doğru komanda üçün gözləyirik?”

Çeçenistan rəhbəri Ukrayna xüsusi kəşfiyyat xidmətinin yaxşı işləyə bilmədiyini qeyd edib: “Görünür, əcnəbi təlimatçılar, hərbi məsləhətçilər sizə köhnəlmiş üsulla dərs deyiblər. Bir anlıq dincələ bilərsiniz, çünki bizi axtarmaq lazım deyil – sizi özümüz tapacağıq. Çox vaxtınız yoxdur, yaxşı olar ki, təslim olub bizim yanımızda dayanın, mən dəfələrlə demişəm, yoxsa axırınız gələcək. Təklif hələ də qüvvədədir. Amma uzun müddət deyil. Axı biz Kiyevin bir tərəfindən, o biri tərəfdən isə iki hərbi yürüşdən keçmiş, döyüş qabiliyyətini, ruhunu dönə-dönə nümayiş etdirmiş əziz qardaşım Adam Delimxanovun başçılığı ilə köhnə təcrübəli döyüşçülər daxil oluruq. Biz sizə praktikada göstərəcəyik ki, rus təcrübəsi müharibəni xarici nəzəriyyədən və hərbi məsləhətçilərin tövsiyələrindən daha yaxşı öyrədir. Qoy ədalət zəfər çalsın!” – Kadırov əlavə edib.

Qeyd edək ki, Ukrayna kəşfiyyatı Kadırovun Ukraynada mümkün olması ilə bağlı müxtəlif mənbələrdən məlumat aldığını bildirir. Ancaq onun hazırda Ukraynada olması ilə bağlı məlumat təsdiqini tapmayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code