Rüstəm İbrahimbəyovun qızından ilk AÇIQLAMA: “Vida mərasimi Moskvada, dəfn Bakıda olacaq”

0
39

Moskvada vəfat edən tanınmış dramaturq, ssenarist və rejissor, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova atasının ölümü ilə bağlı ilk açıqlama verib.

Medonline.az-ın məlumatına görə, Fatimə İbrahimbəyova bildirib:

“Atam bizi həmişəlik tərk etdi. O, ona dünya şöhrəti gətirən bir sıra ssenari və pyeslər yazan sadəcə böyük dramaturq deyil, həm də böyük insan idi. Müdrik, güclü, böyük ürəkli, düşüncələri və vicdanı təmiz… Onun imici və nümunəsi həmişə bizimlə qalacaq və ümid edirəm ki, bunlar bir çox başqa insanlar üçün də parlaq bir bələdçi olacaq”.

Fatimə İbrahimbəyova deyib ki, mərhumla vida mərasimi 13 mart (bazar günü) saat 13:00-da Mərkəzi Kino Evinin Böyük zalında (Moskva şəhəri, Vasilyevskaya küçəsi 13) keçiriləcək.

“Dəfn mərasimi isə Bakıda olacaq”, – deyə mərhum kinodramaturqun qızı bildirib.

Xatırladaq ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Rüstəm İbrahimbəyov martın 12-nə keçən gecə vəfat edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code