Qərb İrandan neft və qaz ala bilmir – Rusiyadan şok həmlə

0
22

Moskva İranla biznesinin Aİ və ABŞ sanksiyalarından azad olacağına dair zəmanətin nüvə sazişinə daxil edilməsini tələb edir

11 aylıq danışıqlardan sonra imzalanacağı gözlənilən İranın nüvə sazişi təhlükə altındadır. Buna səbəb isə  Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat və Moskvaya qarşı tətbiq edilən sanksiyalardır. Ekspertlər bildirirlər ki, Rusiya Avropa və ABŞ-ın Rusiya neftindən imtinasını İrandan tədarük hesabına kompensasiya edə bilməsinin  qarşısını almağa çalışır.

“Politico”nəşri diplomatik mənbələrə istinadən yazır ki, ötən həftənin sonunda gözlənilən İran nüvə sazişinin imzalanması məhz Rusiyanın tələbləri səbəbindən təxirə salınıb. Nəşr iddia edir ki, Rusiya İranla biznesinin Aİ və ABŞ sanksiyalarından azad olacağına dair zəmanətin  sazişə daxil edilməsini tələb edir. Bununla da Moskva ona qarşı tətbiq edilən sanksiyalara cavab olaraq İranla sazişi əngəlləyir.  

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Çindən olan diplomatlar bu tələbləri yerinə yetirmək üçün bir yol tapa bilmirlər. Bu o deməkdir ki, indi Vyanada 11 aylıq danışıqlardan sonra sazişin imzalanması mümkün olmayacaq. 

images.jpg (9 KB)

Adının çəkilməsi istəməyən yüksək səviyyəli Qərb rəsmisi nəşrə deyib ki, Rusiyanın tələblərini yerinə yetirmək mümkün deyil. Çünki Vyana danışıqlarının məqsədi Moskvaya qarşı sanksiyalar deyil, İran və ABŞ-ı 2015-ci il razılaşmasına qaytarmaq idi. Nəşr yazır ki, Rusiyanın bu şərtlərinə görə son bir neçə gündə danışıqlarda ab-hava son dərəcə gərginləşib. 

Moskva ümid edirdi ki, nüvə sazişi bərpa edildikdən sonra Rusiyaya tam həcmdə İranla biznes aparmağa imkan veriləcək. Lakin Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunduğundan, Moskva bu razılaşmada uduzan tərəf olaraq qalır.  

Kreml tərəfdaşlarını düşmənlərinə çevirdi [BLOQ]

Yaxın Şərq Araşdırmaları Mərkəzinin  eksperti Nikolay Surkova görə, Moskva razılaşmanın baş tutması üçün çox iş görüb, amma indi isə bunun əvəzində heç nə almır. Qərb şirkətləri İran bazarına imtiyazlı çıxış əldə edəcəklər halda, Rusiya isə bu prosesdən kənarda qalır.   

Razılaşmanın hazırkı formada bağlanması İrana dünya bazarına neft tədarükünün həcmini kəskin şəkildə artırmağa imkan verəcək. Tamamilə mümkündür ki, İran ABŞ-da yaşanan neft qıtlığını kompensasiya etsin.  Bildirilir ki, çətin iqtisadi vəziyyətdə olan İran Moskvanın maraqlarını güdməyə bilır, çünki biznes biznesdir. ABŞ-ın bu sövdələşməyə indi ehtiyacı var, yaxın həftələrdə bu təklif olmaya da bilər.  

2020-01-09T223152Z_779074053_RC2MCE979MYD_RTRMADP_3_IRAN-NUCLEAR-EUROPE-pic905-895x505-33395.jpg (66 KB)

Danışıqlar barədə məlumatlı olan mənbələr isə nəşrə deyib ki, Rusiyanın iştirakı olmadan nüvə sazişinin bərpası nəzəri cəhətdən mümkündür.

Bunun üçün İranın artıq zənginləşdirilmiş uranını ixrac etmək, onu təbii urana dəyişdirmək və Fordo nüvə stansiyasını tədqiqat obyektinə çevirmək üçün İslam Respublikası ilə işləmək üçün başqa ölkə tapılmalıdır. Bu rola mümkün namizədlər arasında hətta Qazaxıstanın da adı var.

Amma başqa bir mənbə deyir ki, Rusiya olmadan nüvə sazişini həyata keçirmək olduqca çətindir, çünki Moskva  sazişdə mühüm texniki rol oynayır. “Rusiyanın funksiyaları Qərbə verilərsə, iranlıların bu vəziyyətdə Qərb tərəfdaşlarına etibar edib-etməyəcəyi sualı da yaranır”.  

Rusiyanın danışıqlarla bağlı dəyişən və sərtləşən mövqeyinin mətbuata sızdırılması da təsadüfi hesab edilmir. Bu, Moskvaya əlavə təzyiq göstərmək və sövdələşmənin pozulması halında Rusiyanın günahkar göstərmək cəhdi kimi qiymətləndirilir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code