Antalya masası: Bakı və Ankara regionun sülh dirijoru… – DETALLAR

0
26

“Azərbaycan və Türkiyə prezidentlərinin görüşü 4 saatdan artıq davam etdi və hər iki dövlət arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparıldı. Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunması, müharibədən sonra Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması perspektivləri ətrafında fikir mübadiləsi gerçəkləşdirildi”. 

Bunu Medonline.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Antalyada baş tutan görüşü ilə bağlı danışarkən deyib.

Millət vəkili bildirib ki, Cənub Qaz Dəhlizinin fəaliyyəti, İğdır-Naxçıvan qaz xəttinin çəkilişi, bu məqsədlə dövlət büdcəsində investisiyanın nəzərdə tutulduğu Türkiyə tərəfinin nəzərinə çatdırıldı:

 

“Qarşılıqlı iqtisadi və ticarət münasibətlərinin daha da inkişaf etdirilməsi qərara alındı. Təbii ki, görüşdə Ukraynada baş verən faciəvi hadisələr barədə müzakirələr aparıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin müharibənin dayanması, sülhün yaranması istiqamətindəki səyləri yüksək qiymətləndirildi. Türkiyə Prezidentinin Vladimir Putinlə, Vladimir Zelenski ilə mütəmadi təmasları, Azərbaycan Prezidentinin həm Kiyevə, həm də Moskvaya səfərləri, telefon danışıqları ölkələrimizin beynəlxalq nüfuzunun göstəricisidir. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun moderatorluğu ilə Rusiya və Ukraynanın xarici işlər nazirlərinin Ankarada görüşü təşkil olundu. Antalya Diplomatiya Forumunda müzakirəyə çıxarılan əsas məsələlərdən biri Ukrayna-Rusiya münaqişəsi olacaq”. 

Deputatın fikrincə, Ankara və Bakının regionun sülh dirijoru adlandırılması məsələsinə gəldikdə isə, faktlar göz önündədir:

“Daha əvvəl sülhyaratma missiyasını Fransa və Almaniya dövlət başçıları öz üzərlərinə götürmüşdülər. Dəfələrlə Moskvaya və Kiyevə səfərlər etmiş, konkret nəticə əldə edə bilməmişdilər. Əksinə, onların səfərlərindən sonra münasibətlərdə gərginlik artmış, müharibə başlanmışdı. Çünki onların hər biri öz maraqlarından çıxış edir. Təsadüfi deyil ki, Ukrayna Prezidenti Zelenski mümkün danışıqların aparılması üçün Bakını və Ankaranı təklif etmişdi. Açıq şəkildə, beynəlxalq birliyin qarşısında belə bir təklifin verilməsi üçün bir çox meyarlara uyğun olmaq lazımdır. Obyektiv, qərəzsiz, etibarlı tərəfdaş, münaqişə tərəfləri ilə yaxşı münasibətlərə malik olmalısan. Azərbaycan və qardaş Türkiyənin sadaladığım kriteriyalara tam cavab verdiyi qənaətindəyəm və hər iki dövləti regionun sülh dirijoru statusu adlandıranların fikirlərini tam bölüşürəm”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code