“Artıq pandemiyanın sonunun gəldiyini deyə bilərik”

0
24

Nazirlər Kabineti yanında Operativ Qərargahın 10 mart tarixinə olan məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 564 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sutkada 17 nəfər isə COVID-19-dan dünyasını dəyişib.

Rəqəmlərdən də görünür ki, koronavirusa yoluxanların sayı sürətlə azalır. Lakin onu da qeyd edək ki, bu nəticələr test verən və qeydiyyata alınan şəxslərin sayını göstərir. Test verməkdən çəkinən, yüngül keçdiyini düşünərək heç bir tədbir görməyən vətəndaşların da sayı kifayət qədər çoxdur.

İnfeksionist Mərdan Əliyev Medonline.az saytına açıqlaması zamanı bildirib ki, hazırda yoluxma sayında müşahidə etdiyimiz rəqəmlər “Covid-19”u göstərir və görünən odur ki, əvvəldən proqnozlaşdırıldığı kimi yoluxmalar enmə istiqamətində gedir.


“Yəqin ki, yaxın vaxtlarda bu sıfıra yaxınlaşacaq. Səbəbi isə kollektiv immunitetin formalaşmasıdır. Buna da səbəb Omicron ştammı oldu. Çünki o, sürətli yoluxma qabiliyyətinə malikdir və yüngül keçir. Bunün üçün də artıq pandemiyanın sonunun gəldiyini deyə bilərik”.
İnfeksionistin sözlərinə görə, xəstəliyin yüngül, orta ağır, ağır formalar var və yalnız ağır formaların müalicəsinə ehtiyac duyulur.

“Əgər kimdəsə digər əlamətlər olub, qızdırma olmazsa, burada müalicəyə ehtiyac yoxdur. Sadəcə təcrid olunmaq, ev şəraitində istirahət etmək, bol maye qəbul etmək, vitaminli qidalanmaq kifayətdir.
Orta ağır formada isə qızdırma olur. Bu zaman isə qızdırma salıcılardan və vitamin mülicəsindən istifadə etmək lazımdır.

Ağır formada isə saturasiyanın düşməsi, pnevmaniya müşahidə edilir. Bu zaman isə lazım olduqda antibiotik, virus əleyhinə müalicələr lazım ola bilər”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code