Xəzərdə suyun səviyyəsinin azalması hansı fəsadlara yol aça bilər? – Ekoloqdan açıqlama

0
22

Aparılan araşdırmalar zamanı görünür ki, hər il Xəzər dənizinin səviyyəsi 7-9 sm azalır. Bunun nəticəsidir ki, son 17 ildə dənizin səviyyəsi 1,4 m-dən çox aşağı düşüb.

Ekoloq Cəmşid Quliyev Medonline.az saytına açıqlaması zamanı bildirib ki, Xəzər dənizini qidalandıran, səviyyəsini formalaşdıran, bu hövzəyə tökülən müxtəlif çaylar var. Bu çaylar içərisində şimaldan, Rusiya ərazisindən gələn Volqa çayı və bizim Kür çaydır.

“Bundan başqa ətraf ölkələrdən də bura bir neçə irili, xırdalı çaylar tökülür. Bunların ən böyüyü və dolusu Volqa çayı olduğu üçün Volqa çayından gələn sular Xəzərin səviyyəsinə çox əməhiyyətli dərəcədə təsir göstərir.
Bildiyiniz kimi Volqa çayının suyu isə Volqa-Don kanalı vasitəsi ilə təmizlənir və bu zaman kanalın axın istiqamətindən asılı olaraq, bəzən çayın suyu yönləndirilir. Bu zaman isə Xəzər dənizinə daha az su gəlir, Xəzərin səviyyəsi kəskin şəkildə aşağı düşməyə başlayır”.

Ekoloqun sözlərinə görə, Xəzər dənizinin səviyyəsi heç də həmişə stabil olmur və son dövrün quraqlıqlarının da buna təsirləri var.
“Buna görə də Xəzər dənizinin səviyyəsinin qalxması və enməsi haqqında proqnozları o qədər də dəqiq hesab etmək olmur. Vaxtaşırı olaraq, qalxmalar, enmələrlə müşahidə olunur.
90-cı illərdə SSRİ-nin dağılması dövrlərində Xəzərin səviyyəsində qalxma müşahidə edilməyə başlanmışdı. O zaman bizim “Bulvar” da böyük zərər görmüşdü. Orada yenidən sahilbərkitmə işləri aparmalı oldular və s. İndi isə yenidən enmə müşahidə olunmağa başlayıb. Bunun ərtaf regionların iqliminə müəyyən təsiri olur. Amma bu təsir müəyyən fəsadlara yol açacaq dərəcədə deyil. Ola bilər ki, gələcəkdə enmələr daha da aktivləşərsə, o zaman böyük fəsadlara yol aça bilər. Amma bunun baş verəcəyini güman etmirəm. Çünki Xəzər dənizinin dibi axıra qədər araşdırılmayıb. Bildiyimiz kimi Avrasiya materikinin altında dünyanın 5-ci okeanı mövcuddur və bu okenla Xəzər dənizinin əlaqəsinin olub-olmaması haqqında heç bir məlumat yoxdur”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code