SON DƏQİQƏ: Avropada koronavirusun yeni ştamı PEYDA OLDU

0
21

“Avropada koronavirusun “deltakron” ştamın peyda olub”.

Medonline.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Maria van Kerkhove brifinqdə məlumat verib.

“”Deltakron” Fransa, Hollandiya, Danimarkada müəyyən edilib. Lakin bu ştama yoluxma çox aşağı səviyyə qeydə alınıb”, – Kerkhove bildirib.

Van Kerkhove əlavə edib ki, “deltakron” “delta” AY.4 və “omikron” BA.1/BA.2 ştammının alt növlərini birləşdirərək yaranıb:

“ÜST ekspertləri artıq martın 7-də keçirilən iclasda bu variantı müzakirə ediblər”.

Yanvarın əvvəlində Kipr Universitetinin Biologiya Elmləri Fakültəsinin bir qrup alimi koronavirusun yeni ştammının – “delta” və “omikron” hibridinin kəşf edildiyini elan ediblər.

ÜST bunun bir səhvin nəticəsi ola biləcəyini etiraf edib.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code