Müharibənin 14-cü günü: Kiyev yaxınlığında ŞİDDƏTLİ DÖYÜŞ

0
22

Ukraynanın şimal-qərb istiqamətində Polesye və Volınsk əməliyyat dairələrində, eləcə də dövlət sərhədində yerləşən Nejin, İvanisa, Trostyanes yaşayış məntəqələrində, Çerniqov şəhərində döyüşlər davam edir. Müdafiə qüvvələri paytaxt Kiyev şəhərindən Rusiya qoşunlarını geri oturdur.

Medonline.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, cənub istiqamətində müdafiə qruplarının Ukrayna milli sərhədini, dəniz sahillərini, hava limanlarını, vacib infrastrukturlarını müdafiəsi davam edir.

“Qoşunlar başqa istiqamətlərdə sabitliyin qorunması və ərazilərin müdafiəsi üzrə əməliyyat tədbirləri keçirirlər. Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya qoşunlarının mövqelərinə raket-bomba zərbərləri endirir, döyüş dəstələrinin və ölkənin vacib infrastrukturlarının hava hücumundan müdafiəsini reallaşdırırlar. Məlumata görə, şəxsi heyətdən çoxsaylı itki verən qarşı tərəf təlim tədbirləri adı altında yığım edərək onları işğal etdiyi Krım ərazisində, Krasnodar vilayətində, Donetsk və Luqanskın ayrı-ayrı rayonlarında yerləşdirir” – məlumatda qeyd olunub.

Bildirilib ki, Rusiya tərəfi Ukraynada döyüşmək üçün könüllülərin yığılması istiqamətində fəallığı artırıb: “Ukrayna ilə döyüşmək üçün Moldovanın tanınmayan Dnestryanı bölgəsindən 800-dək əsgər toplanıb, ancaq onların mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir. Çerniqov vilayətində Rusiya hərbçiləri tərəfindən müvəqqəti olaraq ələ keçirilən ərazilərdə qarşı tərəf beynəlxalq humanitar hüququ pozaraq silah və hərbi texnikanı yaşayış binalarında gizlədirlər. Xersonda Rusiya hərbçiləri mülki paltar geyinərək Nikolayev şəhəri istiqamətində hərəkət edirlər. Rusiya qoşunlarının şəxsi heyəti arasında çox sayda canlı qüvvə və hərbi texnika itkisinə görə böyük vahimə yaşanır”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code