Çempionlar Liqası: “Liverpul” “İnter”i, “Bavariya” “Zaltsburq”u qəbul edəcək

0
55

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Medonline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

“Liverpul” İngiltərədə İtaliya “İnter”ini qəbul edəcək. İlk matçda Mersisayd təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərində Tyaqo Alkantara zədə səbəbindən oynamayacaq. Joel Matip və Roberto Firminonun görüşdə iştirakı sual altındadır. Milan klubunda isə Nikola Barella cəzalıdır.

Gecənin digər oyununda “Bavariya” Almaniyada Avstriya “Zaltsburq”u ilə görüşəcək. Tərəflər arasındakı ilk görüşdə qalib müəyyənləşməyib – 1:1. Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen klubunda qapıçı Manuel Noyer, yarımmüdafiəçilər Leon Qoretska, Alfonso Deyvis və Korenten Tolisso zədəli olduqları üçün oynamayacaqlar.

Zaltsburq təmsilçisində isə Jerom Onqyuene, Seku Koyta və Benyamin Şeşko eyni səbəbdən matçı buraxacaqlar.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

8 mart

00:00. “Liverpul” (İngiltərə) – “İnter” (İtaliya)

Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)

İlk oyun – 2:0.

00:00. “Bavariya” (Almaniya) – “Zaltsburq” (Avstriya)

Baş hakim: Klement Turpin (Fransa)

Qeyd edək ki, 1/8 final mərhələsinin digər cavab oyunları martın 9-da, martın 15-də və martın 16-da gerçəkləşəcək.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code