Haaqa məhkəməsinin Putinin Ukraynadakı cinayətləri ilə bağlı ilk iclası başladı…

0
56

Bu gün Haaqada Rusiyanın Ukraynaya təcavüzü zamanı törətdiyi hərbi cinayətlərin araşdırılması üzrə Beynəlxalq Cinayət Məhkəməsinin ilk iclası keçiriləcək.

Medonline.az  “UNİAN”a istinadla  xəbər verir ki, bu barədə  Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fyodor Venislavski telemarafonun efirində danışıb.
 
“Bu gün biz artıq bilirik ki, bu, Rusiya Federasiyasının hərbi cinayətlərinə beynəlxalq ictimaiyyətdə hüquqi qiymət vermək üçün ilk addım olacaq. Rusiya və onun rəhbərliyinin  Ukrayna ərazisində cinayətlərinin qiymətləndirilməsi kimi bir neçə paralel proses var”, – deputat qeyd edib.
 
O xatırladıb ki, Beynəlxalq Cinayət Məhkəməsi hərbi cinayətləri araşdırır.
 
“Bu gün cinayətlərin təsbiti və qiymətləndirilməsi, birbaşa dinləmələrə hazırlıq üzrə gələcək addımları müəyyən etmək üçün ilk iclas keçirilir. Beynəlxalq məhkəmə  Roma Nizamnaməsini rəhbər tutur. Təəssüf ki, Ukrayna Roma Nizamnaməsinin Konstitusiyaya uyğun olmadığını etiraf edib. Hazırda Ali Rada, Prezident Aparatı, Ədliyyə Nazirliyi Roma Xartiyasını çox tez ratifikasiya etməyə imkan verəcək sənədlər paketi üzərində işləyir”, – Venislavski izah edib.
 
O vurğulayıb ki, hərbi cinayətlərin müddəti yoxdur və cinayət əmri verənlər və onları icra edənlər Roma Xartiyasını ratifikasiya etmiş istənilən ölkənin (bu, demək olar ki, Avropa və sivil dünyanın bütün ölkələrdir) ərazisində mühakimə hədəfi olacaq. 
 
“Nəticəni bir neçə ay, bir il, hətta bir neçə il ərzində əldə edəcəyik, çünki bu, çox əsaslı fəaliyyətdir. Amma biz nəticəni Beynəlxalq Cinayət Məhkəməsinin rusiyalı hərbi cinayətkarlara dair konkret hökmləri şəklində alacağıq”- deyə Venislavski vurğulayıb.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code